Komitə sədrindən karantin və pandemiya ANONSU: – “Aprelə qədər qurtara bilərik”

“Koronavirusa yoluxmada müşahidə edilən azalmalar nisbidir. Bayram günlərində götürülən test sayları az olub. Qəti qərar üçün qarşıdakı bir həftəni də gözləməliyik. Əgər azalmalar bu temdə davam edərsə, 18 yanvardan sonra karantin yumşaldıla bilər”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M.Quliyev pandemiyanın başa çatacağı vaxtla bağlı anons da verib:

“Düşünürəm ki, yaxın vaxtlarda vaksinasiya başlayandan sonra virusa yoluxma daha da azalacaq. Mən hesab edirəm ki, bu ilin aprelinə qədər koronavirus pandemiyasından qurtara bilərik. Amma lazımdır ki, hamı vaksinasiyaya cəlb olunsun”.

Hansı vaksinin daha effektli və məqsədəuyğun olmasına gəlincə, komitə sədri deyib ki, bununla müvafiq qurumlar məşğul olacaq:

“TƏBİB, Səhiyyə Nazirliyi, Operativ Qərargah birgə qərarla hansı peyvənddən istifadə ediləcəyini müəyyənləşdiriblər. Burada vaksinin keyfiyyəti, etibarlılığı, qiyməti, yanaşı təsirlərinin az olması nəzərə alınıb.

Bununla belə mən təklif edərdim ki, özəl sektora şərait yaradılsın və seçim üçün digər vaksinlər də ölkəyə gətirilsin. Dövlətin gətirdiyi vaksin pulsuz olacaq bu, öz yerində. Amma Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qeydə alınan və tövsiyə olunan başqa vaksinlərin də ölkəyə gətirilməsi sərbəst olmalıdır. Bazar iqtisadiyyatıdırsa, vətəndaşa özəl sektorun imkanlarından da istifadə imkanı verilməlidir.Yəni kimsə dövlətin təklif etdiyi vaksini yox, öz hesabına özəl müəssisənin təklif etdiyi vaksini vurdurmaq istəyəcəksə, buna mütləq şərait yaradılmalıdır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin