Röya Ayxan: “5 ildir ki, bir evi tikdirib başa ÇATDIRA BİLMİRƏM” – “Atamın evini SATDIM”

Müğənni Röya Ayxan keçmiş əri Anarı hələ də sevdiyini etiraf edib.

KAİM.az Musavat.com-a istinadən bildirir ki, sənətçi stilist Anar Ağakişiyevin “Dəyişən cavab” verilişində diqqət çəkən açıqlamalar verib:

“Anarla bir-birimizi həqiqətən sevib evlənmişik. Bu evliliyə görə çox qurban vermişəm. Çünki biz evləndikdən sonra bir çox problemlər ortaya çıxdı. 6 ay sonra onun ailəsi məni qəbul etdi.
Anarla başqa şeyin üstündə ayrıldıq. Problemlərimiz həqiqətən çox oldu. Axırda dözə bilmədim. Ona xoşbəxtlik arzu edirəm. İnşallah indiki qızla xoşbəxt olar.  Anarı çox sevmişəm. Bəlkə bu gün də sevirəm. Oğlumla şəkil çəkdirmişdi. Baxdım ki, saçları ağarıb. Bu, mənə çox pis təsir edir, o qədər ağlamışam ki… İnsan istəmir sevdiyi yaşlansın, saçları ağarsın”.

Röya Ayxan ayrıldıqdan sonra çox çətin vəziyyətə düşdüyünü qeyd edib:

“Ayrılanda ən çox qorxduğum bir halı yaşadım. Mənim çoxlu faizlərim var idi. Təsəvvür edin, elə bilin ki, 500 min götürürsən və hər ay 50 min faiz ödəyirsən, ancaq borclar azalmır. Atamın evinə qədər satdım. 7 il əvvəl isə hər şeyə sıfırdan başladım və bu günə qədər hər şeyi yenidən yerinə qoymağa çalışıram.
2015-ci ildə də konsert verdim. O pula torpaq aldım. Bu günə qədər, 5 ildir ki, hələ də o ev hazır deyil. Oğlum hər dəfə deyir ki, ana, bu ev nə vaxt hazır olacaq?”

Xalidə Gəray

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin