“Kişi olan yerdə qadın danışmamalıdır” – Müğənni Sevda

“Kişinin kişi, qadının qadın yeri var. Kişi olan yerdə qadın danışmamalıdır. Qadın zəif və zərif məxluqdur, yerini bilməlidir”.

KAİM.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva “Gündən-günə” proqramında deyib. Sənətçi mübahisə edən qadınları tənqid edib:

“Kişiylə kişi danışar. Elə qadınlara çox rast gəlirəm. Bu da zəmanədən irəli gəlir. İşləyən qadınam, işlərimi özüm həll edirəm. Mənim də başıma gəlir. Bəzən qardaşım yanımda olur, danışır, baxıram ki, özüm qoşulmuşam söhbətə. Bəlkə bu sözlərimə görə qadınlar məni qınayacaq. Amma kişi bir addım qabaqda olmalıdır. Qadın kişinin arxasında dayanmalıdır”.

Aparıcı, Əməkdar artist Əkbər Əlizadənin “Deyirlər, Sevdanın başına gələnlərin səbəbi də çox mən-mən deməsidir” sözlərinə sənətçi etirazını bildirib:

“Mən-mən deyən insan deyiləm. Oğlumun 6 yaşı var, deyirəm, evin kişisi sənsən. Necə istəyirsən, elə olsun. Oğlum balacadır, deyirəm geyimimə də, hara gedib gəldiyimə də qarışa bilərsən. Ailəmin dağılmasına görə deyirsənsə, elə qadın olmamışam. Ailə qurmadım ki, dağılsın. Hər zaman çalışmışam ki, həyat yoldaşımın yanında heç danışmayım. Xasiyyəti pis idi, çalışırdım sakit olum. İndi də oğlum necə istəsə, elə olacaq”.

Sevda “Ayrılıq şəxsi zəmin nəticəsində oldu, yoxsa sənətə görə” sualına “Xasiyyətlər o qədər ayrı idi ki… Çox susan, “eybi yox” deyən biriyəm. Deyirəm ailəmdir, uşaqlarım var. Amma insan belə etməməlidir, özünü içdən çürüdürsən” cavabını verib. (Axşam.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin