Büdcədən SOSİAL XƏRCLƏRƏ görə MİLYARDLARLA MANAT VƏSAİT AYRILDI – FƏRMAN

Azərbaycanda bu il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə ayrılan xərclərin təyinatı məlum olub.

KAİM.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.

Fərmana əsasən, bu il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə 3 692 746 545 manat vəsait ayrılıb.

Həmin vəsaitin 289 724 358 manatı sosial müdafiə, 4 818 974 manatı sosial təminat, 3 398 143 213 sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər üzrə xərclənəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin