Bu avtomobillər avtobus zolaqlarından istifadə edə biləcək

0
14

Gələcəkdə taksilər də avtobus zolaqlarında istifadə edə biləcək.

Haqli.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hazırda mövcud qanunveriliciyə əsasən, avtobus zolaqlarından operativ nəqliyyat vasitələri istifadə edə bilər:

“Bu, bir tərəfdən avtobus zolaqlarının üstünlüyündən xəbər verir. Belə ki, yanğınsöndürən, təcili yardım, yaxud Dövlət Yol Polisinin İdarəsinin əməkdaşları bu xətlərdən istifadə edərək hadisə yerinə zamanında çata bilirlər.

Gələcək perspektivlərdə taksi xidməti göstərən minik vasitələrinin də avtobus zolaqlarına daxil olması müzakirə olunur ki, bu istiqamətdə qanunvericilikdə dəyişiklik edilsin”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin