Son 4 ildə sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,5 dəfə artıb

“Digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosial yardımının məbləğində də artım dinamikası davam edir. Son 4 ildə sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,5 dəfə artaraq 380 manata çatıb”.

Haqlı.az xəbər verir ki, bu barədə ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi məsələlərinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda 176 minə yaxın ailə üzvü olan 40 min ailəni ailəni əhatə edən ünvanlı sosial yardım proqramının aztəminatlı ailənin sosial rifahının dəstəklənməsində əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, ünvanlı yardımın hesablanması üçün tətbiq olunan ehtiyac meyarının hər il artırılması təmin edilir. Bu il üçün də ehtiyac meyarı artırılaraq 200 manata çatdırılıb. Ehtiyac meyarı artdıqca yardımın məbləğinin də artması baş verir.

Eyni zamanda, son illərdə aparılan islahatlar ünvanlı dövlət sosial yardımı sistemini də əhatə edib. Ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin sosial yardım proqramına əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atılıb. Sosial yardım sisteminin təkmilləşdirilməsi işləri qarşıdakı dövrdə də davam edəcək.

İclasda ünvanlı sosial yardım proqramının icra vəziyyəti və sosial yardım sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin