Ölkə əhalisi pullarını ən çox bu məhsullara xərcləyib

141

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin vəsaitlərini hansı məhsullara xərclədiyi məlum olub.

Haqlı.az xəbər verir ki, qeyd olunan müddət ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,5 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə, 2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 350,1 milyon manatlıq, o cümlədən 16 milyard 406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 943,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin