Vaksinin üçüncü dozası niyə vacibdir? – VİDEO

91

“Koronavirus infeksiyasına qarşı iki doza vaksin vurdurduqdan altı ay sonra qanda bu virusa qarşı qoruyuculuq azalır. Yenidən bu virusa qarşı anticisimləri yüksəltmək üçün isə mütləq üçüncü, yəni buster doza vaksin vurdurmaq lazımdır”.

Haqlı.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğundur və əhəmiyyəti daha çoxdur.

Vasif Əliyev bildirib ki, buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər:

“Üçüncü doza virusla savaşan anticisimləri öncəki dozalardan üç dəfə daha çox gücləndirir. Bununla yanaşı, bu anticisimlər koronavirusun ştammlarına qarşı güclüdür”.

Qeyd edək ki, dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən tədqiqatlar nəticəsində buster dozanın effektivliyi sübut olunub.

Aparılmış tədqiqatlara görə, buster doza almış şəxslərdə yoluxmadan qorunma 11, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin