ŞOK AÇIQLAMA! Azərbaycan Fransa senatını məhkəməyə verir?

Fransa qərəzli açıqlamaları və qərarları nəticəsində vasitəçilik missiyasını yerinə yetirmək üçün əlində heç bir hüquqi əsas saxlamayıb. Bitərəfliyini qoruya bilməyən ölkə Ermənistanın işğalçı siyasətinə dəstək verərək Azərbaycan əleyhinə bir sıra qərarlar qəbul edib.

KAİM.az xəbər verirki, Hüquq elmləri doktoru, professor Əfsər Sadıqov məsələ ilə bağlı “Sherg.az”a açıqlamasında bildirib ki, Fransa belə bir addım atmaqla özünün beynəlxalq hüquqi öhdəliyini pozdu. Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır.

“Əgər hər hansısa ölkə bu əraziyə istənilən formada müdaxilə edərsə özünün beynəlxalq hüquqi öhdəliyini pozmuş sayılır. Həmin normalara əməl olunmazsa, Azərbaycanın bu barədə əks-tədbirlər görməyə haqqı var. Bizə bunun üçün həm konstitusiyamız, həm də ayrı-ayrı xüsusi qanunvericilik aktlarımız imkan verir”.

Professor, həmçinin qeyd edib ki, Azərbaycan bu haqda müxtəlif beynəlxalq məhkəmələrə şikayət edə bilər:

“Şübhəsiz ki, Azərbaycan sözügedən məsələyə görə beynəlxalq hüquqi mexanizmlərə də müraciət edə bilər. Məsələn BMT beynəlxalq məhkəməsi və yaxud Avropa məhkəməsinə biz məsələ haqqında şikayət edərək həmin məhkəmələr vasitəsilə Fransanın fəaliyyətinin bu çərçivədə qiymətləndirilməsinə nail ola bilərik. Həmçinin Azərbaycan Fransa Senatını beynəlxalq hüquq normalarını pozduğuna görə məhkəməyə verə bilər”.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin