XİN-də Azərbaycan-Bolqarıstan münasibətlərinin ildönümü ilə bağlı tədbir keçirilir

Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir.

Haqlı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında qeyd olunub.

Qeyd edək ki, Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə isə Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ildə açılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin