AKP sözçüsü: “Azərbaycanın Qarabağdakı mübarizəsini dəstəkləyəndə, bizi ittiham edirdilər”

“Türkiyə Azərbaycanın Qarabağdakı mübarizəsini, Qarabağın azad olunmasını dəstəkləyəndə bəziləri Türkiyəni ittiham edirdilər”.

Haqlı.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycanın yox, Ermənistanın yanında olanlar, onların tezislərini dəstəkləyənlər imperialistlərin maşasıdır. 1940-cı illərdə Türkiyəyə sığınan azərbaycanlı ziyalılar SSRİ-yə göndərildi. Problem budur: müxalifət nümayəndələrinin bu insan qatillərinə təslim etməmək üçün plan-prqramlar var idimi? Hakim partiyanı “imperialistlərin maşası” adlandıranlara bu ifadəni olduğu kimi geri qaytarırıq”, – o söyləyib.

Qeyd edək ki, Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Qılıçdaroğlu hakim Ədalət və İnkişaf Partiyasını “imperialistlərin maşası” adlandırmışdı. CXP deputatlarının sayına görə Türkiyə Böyük Millət Məclisində ikinci yerdədir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin