Rusiya XİN: Zelenski mənşəyi haqqında spekulyasiya edir

Rusiya İsrail xarici işlər nazirinin Ukraynada antisemitizm təzahürlərinin olmaması ilə bağlı “anti-tarixi” bəyanatlarına cavab verib.

Haqlı.az-ın məlumatına görə, Rusiya XİN-in Telegram kanalında yayılan bəyanatında bildirilib ki, Vladimir Zelenski neonasist siyasətini ört-basdır etmək üçün özünün mənşəyi haqqında spekulyasiya edir:

“Biz İsrailin xarici işlər naziri Yair Lapidin indiki İsrail hökumətinin Kiyevdəki neonasist rejimini dəstəkləmək kursunu izah edən anti-tarixi bəyanatlarına diqqət yetirdik. Nədənsə, Qərb mətbuatı və bizim bəzi liberallarımız hələ də Ukraynada neonasistlərin olub-olmaması ilə bağlı mübahisə edir. “Dəmir-beton” arqumentlərdən biri kimi Vladimir Zelenskinin yəhudi mənşəli olması göstərilir. Bu arqument nəinki əsaslandırılmır, həm də məkrlidir”, – deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya mətbuatına müsahibəsində Zelenskini Adolf Hitlerlə müqayisə edib. “Zelenskinin yəhudi olması ölkəsindəki nasist ünsürləri inkar etmir. İnanıram ki, Adolf Hitlerdə də yəhudi qanı olub. Zelenski cinayət törədən nasist qüvvələrinə əmr verməyi dayandırarsa, dövlətlər arasında sülh təşviq oluna bilər”, – Lavrov əlavə edib.

İsrailin xarici işlər naziri Yair Lapid Lavrovun bu açıqlamasına görə Rusiya tərəfinin üzr istəməsini bildirib. İsrailin baş naziri Naftali Bennet isə Lavrovun məlum bəynatını şərh edərkən Holokost faciəsindən siyasi məqsədlər üçün istifadənin yolverilməz olduğunu bildirib.

Rusiya XİN xatırladıb ki, tarix yəhudilər və nasistlər arasında əməkdaşlığın faciəli nümunələrini bilir.

“Polşada və Şərqi Avropanın digər ölkələrində almanlar yəhudi sənayeçiləri gettolara və yəhudi şuralarına (“Yudenratlar”) rəhbər təyin etmişdilər, onlardan bəziləri olduqca dəhşətli əməlləri ilə yadda qalıb. Bununla belə, tarixi faciə ondadır ki, əgər İkinci Dünya Müharibəsi illərində bəzi yəhudilər cinayətlərdə iştirak etməyə məcbur olmuşdusa, indi Vladimir Zelenski bunu kifayət qədər şüurlu şəkildə və tamamilə könüllü edir, öz mənşəyinin arxasında gizlənir və bununla da təbii neonasistləri, öz xalqının cəlladlarının mənəvi və qan varislərini ört-basdır edir”- deyə, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin