Mirzoyan və Nuland Azərbaycanla sülh müqaviləsini müzakirə edib

ABŞ-da səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla görüşüb.

Haqlı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Mirzoyan və Nuland regional təhlükəsizlik və stabillik məsələləri barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Soçi və Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmaların icrasını, eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlara başlamaq prosesini müzakirə ediblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin