Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşüb

Brüsseldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş baş tutub.

Haqlı.az xəbər verir ki bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tovio Klaar “Twitter”də bildirib.

“Hikmət Haciyev ve Armen Qrigoryanı bu formatta ikinci bir görüş üçün Brüsseldə qarşılamaqdan məmnunam”, – Klaar vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin