Gürcüstan Aİ-yə üzvlüklə bağlı anket cavabını təqdim edib

Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı Avropa Komissiyasının anketinə cavabı təqdim edib.

Haqlı.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili “Twitter”də bildirib.

“Anketi Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzellə təqdim etməkdən qürur duyuram. Beləliklə, biz ölkəmizin inteqrasiyası yolunda mühüm mərhələyə qədəm qoyduq. Mən əminəm ki, gürcü xalqı ali məqsədinə çatmaqda uğur qazanacaq”, – Baş nazir bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin