Prezident: “Azərbaycan-Polşa münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə polşalı həmkarı Andjey Dudanı təbrik edib.

Haqlı.az xəbər verir ki, təbrikdə Azərbaycan-Polşa ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğu vurğulanır.

Təbrik məktubunda daha sonra deyilir: “Daim genişlənən siyasi, iqtisadi və humanitar əlaqələrimiz, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir”.

Dövlətimizin başçısı inandığını bildirir ki, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərlə müvəffəqiyyətlə davam edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin