Rusiya səfiri Lavrovun sözlərinə görə İsrail XİN-ə çağırılıb

Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatı ilə əlaqədar İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

Haqlı.az-ın xəbrinə görə, bu barədə İsrail XİN məlumat yayıb.

“Rusiya xarici işlər naziri Sergey Lavrovun hədsiz iradlarına görə, Xarici İşlər Nazirliyi Rusiya səfirini Avro-Asiya departamentinin baş direktorunun müavini ilə izahat söhbətinə çağırıb”, – deyə məlumatda qeyd olunub.

Sergey Lavrov İtaliyanın “Mediaset” televiziyasına müsahibəsində Vladimir Zelenskinin “Mən yəhudiyəm, bizdə necə nasizm ola bilər?! “ arqumenti irəli sürdüyünü, amma müdrik yəhudi xalqının “ən qatı antisemitlər bir qayda olaraq yəhudi olurlar” dediyini ifadə edib.

İsrailin xarici işlər naziri Yair Lapid rusiyalı həmkarının sözlərini “bağışlanmayan və hədsiz bəyanat, həm də dəhşətli tarixi səhv” adlandırıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin