Mirzoyan və Blinken Vaşinqtonda görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Haqlı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, görüş Ermənistan XİN başçısının ABŞ-a səfəri çərçivəsində baş tutacaq.

Katib Blinken və Ermənistanın xarici işlər naziri Mirzoyan Strateji Mülki Nüvə Əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayacaqlar.

Ermənistan XİN başçısı səfəri çərçivəsində USAİD-in direktoru Samata Pauer, ABŞ Prezidentinin xüsusi köməkçisi Amanda Sloatla da görüşəcək.

Mirzoyan mayın 6-dək ABŞ-da səfərdə olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin