Rusiya səfirliyinin nümayəndəsi İsveç XİN-ə çağırılıb

Rusiyanın Stokholmdakı səfirliyinin nümayəndəsi Rusiyaya məxsus An-30 təyyarəsinin krallığın hava məkanına daxil olması iddiası ilə əlaqədar İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.

Haqlı.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ann Linde İsveç radiosuna müsahibəsində bildirib.

“Hava sərhədləri pozulduqda, reaksiya verməli və bunun yolverilməz olduğunu söyləməliyik. Və təbii ki, biz səfirliyə müraciət edirik və nümayəndə etirazı qəbul etmək üçün XİN-ə gəlməlidir”, – o deyib.

İsveç mətbuatına yayılan xəbərə görə, Rusiyanın An-30 turbovintli təyyarəsi cümə günü gecə Danimarkanın Bornholm adasının şərqində İsveç hava məkanına daxil olub və daha sonra ərazini tərk edib.

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Rusiya hərbi aviasiyasının bütün uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin