Ann Linde rusiyalı diplomatın nazirliyə çağırıldığını deyib

Rusiyanın Stokholmdakı səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb.

Haqlı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde İsveç radiosuna müsahibəsində bildirib.

Məlumata görə diplomatın nazirliyə çağırılmasına səbəb Blekinge əyalətinin cənubunda Rusiyanın “An-30” təyyarəsinin ölkənin hava məkanına daxil olması olub.

“Hava sərhədlərinin pozulması olanda biz reaksiya verməli və bunun qəbuledilməz olduğunu söyləməliyik. Təbii ki, biz səfirliyə müraciət edirik və nümayəndə etirazı qəbul etmək üçün Xarici İşlər Nazirliyinə gəlməlidir”.

Bir gün əvvəl İsveç Müdafiə Nazirliyi Rusiyanı “An-30” təyyarəsinin hava məkanına daxil olması barədə məlumat yayıb.

Hava gəmisinin aprelin 29-na keçən gecə sərhədləri keçdiyi həmçinin qısa müddət ərzində ölkə daxilində qaldığı iddia edilib.

İsveç Müdafiə Nazirliyinin məlumatına görə, İsveç hava məkanını keçdiyi iddia edilən Rusiya təyyarəsi döyüş təyyarələri tərəfindən müşayiət olunub və fotoşəkilləri çəkilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin