Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ-ın dövlət katibi Entoni Blinkenə arasında telefon danışığı olub.
Haqlı.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumatda bildirilir ki, diplomatlar ABŞ Konqresinin Ukraynaya əlavə 33 milyard dollar yardım ayırmasını müzakirə ediblər. Tərəflər həmçinin amerikalı diplomatların Ukraynaya qayıtması məsələsini də müzakirə ediblər.