Rusiyaya dost ölkədən Putinə mesaj – “Bizi kürəyimizdən vurdun”

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın Donbas bölgəsi üçün Kosovonu misal çəkməsi Serbiyada kəskin reaksiyaya səbəb olub.

Haqlı.az xəbər verir ki, Serbiya hökumətinə yaxın qəzetlər Putini Moskvada BMT baş katibi Antonio Quterreşlə görüşündə Kosovo ilə bağlı səsləndirdiyi fikirlərə görə tənqid ediblər.

Bəzi yerli qəzetlər Rusiya liderinin fikirlərini “Putin Kosovo üzərindən oynayır”, “Putin Serbiyanı kürəyindən bıçaqladı”, “Donbasa görə Kosovonu satdı”, “Kartlar açıldı, yalnız mənfəət”, “Sarayevo, Priştina və Zaqrebdə bayramdır” başlıqları ilə tirajlayıb.

Putin Quterreş Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını “işğal” adlandırdıqdan sonra Beynəlxalq Ədalət Məhkəməsinin “Xalqların öz müqəddəratlarını təyin etmə hüququ” maddəsinə istinad edib.

Kosovonun müstəqilliyinin Qərb ölkələri tərəfindən tanındığını və bunun beynəlxalq məhkəmənin qərarı olduğunu bildirən Putin bunun Donbasa nümunə olduğunu bildirib.

Serbiyanın Aleksandar Vuçiç hökuməti Rusiya-Ukrayna müharibəsi başlayandan bəri BMT Baş Assambleyasında Rusiyanı pisləyən qətnamələri dəstəkləsə də, Avropa Birliyinin anti-Rusiya sanksiyalarında iştirakdan imtina edib.

Prezident Vuçiç Ukrayna müharibəsi ilə bağlı fikirlərinin Serbiya dövlətinin rəsmi baxışından fərqli olduğunu, ölkəsinin Rusiyaya qarşı sanksiya tətbiq etmədiyini və belə bir addımın Serbiyanın prinsiplərinə baha başa gələcəyini deyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin