Blinken: “Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunmur”

ABŞ bu mərhələdə Rusiyaya qarşı sanksiyaların ləğvi barədə müzakirə aparmır. Bunun üçün ən azı Ukraynada atəşkəs elan edilməsi tələb olunur.

Haqlı.az-ın xəbərinə görə, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib.

“İndi Rusiyaya qarşı sanksiyaların ləğvinə dair müzakirə aparmırıq. Bu məhdudiyyətlərin ləğvi üçün ən azı atəşkəs olması şərtdir” – deyə Blinken Konqresdəki dinləmələrdə bildirib.

Dövlət katibi qeyd edib ki, prosesdə Ukraynanın da mövqeyi nəzərə alınır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin