Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda nümayəndə heyətinin başçısı Mixail İvanoviç Petrakovu qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş aprelin 28-də Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr çərçivəsində baş tutub.

Görüşdən öncə Vladimir Putinin MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd ölkələrlə Rusiyanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Mixail Petrakovla Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov arasında ikitərəfli məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələr zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramovla görüş zamanı Xəzər məsələləri üzrə əməkdaşlıq, eləcə də delimitasiya və kommunikasiyaların açılması da daxil olmaqla Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin və Rusiya Prezidentinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin ikitərəfli gündəliyin geniş spektrini əhatə edən məsələlər üzrə də fikir mübadiləsi aparııb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin