Svante Kornell: “Ermənistanın yeni strategiyaya ehtiyacı var”

“Qarabağ erməni işğalı altında qaldığı dönəmlərdə dünya burada nələrin baş verdiyini görə bilmirdi. İndi isə Şuşadayıq və hər şeyi gözümüzlə görürük”.

Haqlı.az xəbər verir ki, bu fikirləri Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun (İsveç) direktoru Svante Kornell deyib.

Ekspertin sözlərinə görə, bu regionun gələcəyi var: “Gələcəkdə başqa Qafqaz, başqa Qarabağ görə biləcəyik. Çünki Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması mümkündür. Biz bunu görürük”.

S.Kornell ermənilərin separatçı əhval-ruhiyyəsindən danışarkən qeyd edib ki, o, SSRİ-də separatçılıq əhval-ruhiyyəsinin məhz Qarabağdan başladığını dəfələrlə bəyan edib: “Bu gün Ukrayna belə separatizmin nəticələrini görür. Azərbaycanın separatizmdən necə əziyyət çəkdiyini hamı bilir. Bu, məlum strategiyadır – separatizmdən istifadə edərək ölkəni zəiflədirsən”.

Onun fikrincə, Ermənistanın mövqeyini dərhal dəyişmək mümkün deyil, bu, yəqin ki, bir neçə il çəkəcək: “Amma görünür, Ermənistanda da artıq baş verənlərin ölkənin xeyrinə olmadığını anlamağa başlayıblar. Ermənistanın yeni strategiyaya ehtiyacı var”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin