“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı təmaslar planlaşdırılıb”

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı bu həftənin sonuna kimi təmaslar planlaşdırılıb.

Haqlı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“O ki qaldı sərhəd məsələsinə, bu həftənin sonuna kimi Bakıda Xarici İşlər Nazirliyinin xətti ilə təmaslar planlaşdırılıb. Biz mütləq bununla bağlı əlavə məlumat verəcəyik”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova yaxın vaxtlarda Cənubi Qafqaz regionunda kommunikasiyaların, iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun növbəti iclasının keçirilməsinin tərəflərlə razılaşdırıldığını da vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin