“Azərbaycan-Ermənistan nizamlanmasına dair formatlardan biri konkret nəticələr verir”

Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına dair müxtəlif formatlar mövcuddur. Biz görürük ki, formatlardan biri konkret nəticələr verir.

Haqlı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, həm Bakı, həm də İrəvanı qane edən konstruktiv nəticələr verən formata Rusiya daha çox diqqət ayırır: “Buna uyğun olaraq, əgər format Bakı və İrəvanı qane edirsə, o zaman bizi də qane etmiş olur. İkinci format da mövcuddur. Bu formatın tarixi var. Biz də həmin formatda təmsil olunuruq. Lakin bu format (ATƏT-in Minsk Qrupunun həmsədrləri formatı-red.) indiki mərhələdə heç bir səmərəlilik gətirmir. Bununla belə, əsas diqqəti həqiqətən səmərəli xəttə yönəldirik”.

Zaxarova ölkəsinin müxtəlif danışıqlar formatının tərəfdarı olduğunu vurğulayıb: “Lakin əgər həqiqətən də konkret nəticələr varsa, hansı ki, bunu hamı görür, o zaman niyə həmin nəticəyə fokuslanmayaq? Mənim fikrimcə, hansı formatların, hansı institutların real işinin nəticə verdiyi göz qabağındadır. Biz əvvəlki formatda da qalırıq. Lakin görürük ki, orada iş, bir rus ifadəsi var: “nə pis, nə yaxşı” (ni şatko, ni valko). Lakin əlbəttə ki, əsas əhəmiyyəti biz, həqiqətdə real nəticə verən formatlara və sənədlərə veririk. Bu nəticəni həm dinc sakinlər, iqtisadi operatorlar, dövlətlər və region bütünlükdə hiss edir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin