Ərdoğan və Putin telefonla danışıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb.

Haqlı.az “TRT Haber”ə istinadən xəbər verir ki,bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tərəflər Ukraynadakı durumu müzakirə ediblər. Ərdoğan vasitəçiliyə hazır olduğunu xatırladıb.

O bildirib ki, qonşular arasındakı böhranın daimi atəşkəs və sülhlə nəticələnməsi üçün təşəbbüsləri davam etdirəcək. Ölkə liderləri həmçinin ötən gün Rusiya ilə ABŞ arasında baş tutmuş məhbusların mübadiləsi barədə də fikir mübadiləsi aparıblar.

Bundan əlavə, dövlət başçıları kəşfiyyat xidmətləri arasında dialoqun davam etdirilməsi haqqında danışıblar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin