Baş katib: “Gürcüstan və Moldovanın NATO-nun dəstəyinə ehtiyacı var”

“Rusiyanın Ukraynaya amansız müdaxiləsi Gürcüstan və Moldova kimi ölkələrin NATO-nun dəstəyinə ehtiyacı olduğunu göstərir”.

Haqlı.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin rəhbərləri ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, dəstəyə həm praktiki, həm də siyasi dəstək daxildir: “Gürcüstan çox dəyərli tərəfdaşdır, həmçinin Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Biz Şərqi Avropadakı tərəfdaşlarımızla daha da sıx əməkdaşlıq üçün yollar axtarırıq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin