Almaniya hökuməti: Artıq Rusiyaya etibar etmək olmaz

Almaniya Rusiyanı artıq etibarlı tərəfdaş hesab etmir.

Haqlı.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt bildirib.

Hökumət nümayəndəsi “Qazprom”un bağlanmış müqavilələrə zidd olaraq Polşa və Bolqarıstana qaz verməmək qərarına reaksiya verib.

Onun sözlərinə görə, Rusiyanın ayrı-ayrı ölkələrə qaz tədarükü ilə bağlı mövqeyi uzunmüddətli perspektivdə ona arxalanmağın mümkünsüzlüyünü təsdiqləyib.

Rəsmi Berlin müvafiq qərardan sonra Rusiya qazından asılılığı azaltmaq üçün səyləri gündəmə gətirib.

“Bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır”, – hökumət sözçüsü əmin edib.

Almaniya Rusiya tərəfindən Ukraynaya qarşı müharibənin başlamasından sonra səkkiz həftə ərzində bu ölkədən idxal olunan neftin payını 12 %-ə, qazın isə 35 %-ə endirməyə nail olub. Ötən il Rusiyanın mavi yanacağı Almaniyanın ehtiyacının 55 %-ni ödəyib.

Yeri gəlmişkən, Rusiyanın Polşa və Bolqarıstana mavi yanacaq verməkdən imtina etməsindən sonra Asiyada maye qazın qiyməti qalxıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin