Səfir: “ATƏT 30 il münaqişənin həllinə töhfə verməyə çalışıb, lakin nəticə əldə olunmayıb”

“Sülh və təhlükəsizlik üçün yalnız keçmişə deyil, gələcəyə baxmaq lazımdır”.

Haqlı.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ADU-nun tələbələri üçün təşkil olunan sülh və təhlükəsizlik mövzusundakı mühazirəsində deyib.

“Avropanın bununla bağlı zəngin təcrübəsi var. NATO bu gün uğurlu nümunədir. Bir zamanlar Almaniya ABŞ-ın, Fransanın düşməni idi, lakin biz bir araya gələ bildik, bu gün ən həssas sahə olan müdafiə və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirik”, – Volfqanq Maniq bildirib.

Diplomat qeyd edib ki, 30 il müddətində ATƏT Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə töhfə verməyə çalışıb, lakin nəticə əldə olunmayıb:

“Bu gün münaqişədən sonrakı dövrdə Aİ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında təmaslar var, artıq ikitərəfli təmas var və bu yaxşı haldır. Azərbaycan və Ermənistan Şərq Tərəfdaşlığı” çərçivəsində Aİ ilə yaxından əməkdaşlıq edir. Xalqlararası təmas vacibdir, yalnız keçmişə deyil, gələcəyə baxmaq lazımdır. Aİ tərəflər arasında normallaşmaya töhfə verə bilər, müasir çağırış və çətinlikləri nəzərə alaraq, əməkdaşlıq etmək lazımdır, həm regional, həm də qlobal səviyyədə”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin