Gürcüstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlıq daha da güclənir”

Gürcüstan və Azərbaycan arasında sülh, sabitlik və regional inkişafa fokuslanmış tərəfdaşlıq gündən-günə daha da güclənir.

Haqlı.az xəbər verir ki, Bakıda iki günlük rəsmi səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili “Twitter”də bildirib.

“Dost Azərbaycana rəsmi səfərimə başlamağımdan və Prezident İlham Əliyevlə görüşmək imkanı əldə etməyimdən şərəf duyuram. Biz Gürcüstan-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünü vurğuladıq. Bizim sülh, sabitlik və regional inkişafa fokuslanmış tərəfdaşlığımız gündən-günə daha da güclənir”, – XİN başçısı qeyd edib.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin