Səfir: “Azərbaycan İranla birgə mədəni festivallar keçirə bilər”

Azərbaycan İranla iki ölkənin incəsənət xadimlərinin iştirakı ilə müştərək mədəni və musiqi festivallarının keçirməsinə hazırdır.

Haqlı.az-ın məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Ərdəbil səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Ramazan ayında Ərdəbilə səfərim çərçivəsində bu əyalətin tarixi əsərləri ilə yaxından tanış oldum. İki ölkənin tarixi və mədəni oxşarlıq nümunələri ilə tanış oldum” – deyə diplomat bildirib.

Şeyx Səfiyyəddin və Şah İsmail Xətai Azərbaycanın ən tanınmış şəxsiyyərlərindəndir deyən Əlizadə qeyd edib ki, bu tarixi bağlarla yanaşı müştərək dil bölgədə ikitərəfli əlaqələrini daha da gücləndirir: “Hər iki ölkənin əhalisi müxtəlif bayram şənlikləri, o cümlədən Novruz bayramı və digər şənliklər təşkil edir. Azərbaycan musiqiçiləri və incəsənət xadimləri Tehranda beynəlxalq Fəcr festivalında iştirak edir. Eyni zamanda İranın incəsənət xadimləri Azərbaycana dəvət olunur və bu da mədəni əlaqələri inkişaf etdirir”.

Azərbaycan İranla iki ölkənin incəsənət xadimlərinin iştirakı ilə müştərək mədəni və musiqi festivallarının keçirməsinə hazırdır deyən səfir qeyd edib ki, iki ölkənin incəsənət xadimləri müştərək bağlardan istifadə edərək ən ali əsərləri yarada bilər.

Ə.Əlizadə İran və Azərbaycan arasında ticarət, iqtisadi əlaqələrin əhəmiyyətindən də danışıb.

Səfir Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsinin tam fəaliyyətində maraqlı olduğunu bildirib və qeyd edib ki, bu sahədə görüləcək işlər və qərar tezliklə açıqlanacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin