Azərbaycan və İran rəsmiləri iqtisadi münasibətləri müzakirə edib

İranın xarici işlər nazirinin iqtisadi siyasət üzrə müavini Mehdi Səfəri Tehranda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, eləcə də xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.

Haqlı.az İran mətbuatına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi münasibətlər nəzərdən keçirilib.

Tərəflər Azərbaycan-İran hökumətlərarası komissiyasının qəbul etdiyi qərarları, iki ölkənin birgə həyata keçirdiyi layihələri, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasını müzakirə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin