Prezident Ermənistanın Naxçıvana gedəcək yolların koordinatlarını hələ də vermədiyini bildirib

Regionda kommunikasiyaların bərpası istiqamətində aparılan işlərlə əlaqədar dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsi tikilib və gələn il tikinti tamamlanacaq.

Haqlı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edərkən bildirib.

Dövlət başçısı diqqətə çatdırıb ki, avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır.

“Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib”, – Prezident İlham Əliyev vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin