Azərbaycan, İran və Türkiyə XİN başçılarının görüşünə hazırlıq gedir

İran, Azərbaycan və Türkiyə XİN başçılarının növbəti görüşü Tehranda keçiriləcək.

Haqlı.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün mətbuat konfransında APA-nın sualına cavabında deyib.

Səid Xətibzadə bildirib ki, bu görüşün keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında çoxlu müştərək layihələr var: “İki ölkə arasında, xüsusilə son 10 ayda çoxlu müştərək layihələr haqqında razılıq əldə olunub. Ümid edirəm ki, tez bir zamanda bu müştərək layihələrin icrasının şahidi olacağıq”.

İki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin gözlənildiyini bildirən Səid Xətibzadə qeyd edib ki, prezidentlərin də qarşılıqlı səfərləri üçün dəvət ünvanlanıb.

“Həm nazirlər və həm də digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri hazırda gündəmdədir. Ümid edirik ki, bu səfərlər əldə olunan sazişlərin icrasını daha da tezləşdirəcək”, – XİN rəsmisi vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin