Türkiyənin Uruqvaydakı səfiri XİN-ə çağırılıb

Türkiyənin Uruqvaydakı səfiri Hüseyn Müftioğlu xarici işlər naziri Mövlud Çavuşoğlunun jestinə görə bu ölkənin Xarici işlər nazirliyinə çağırılıb.

Haqlı.az-ın xəbərinə görə, bu barədə “Clarin” qəzeti məlumat yayıb.

 

Qəzetin yazdığına görə, Çavuşoğlu onun səfərinə etiraz edən erməni diasporunun aksiya keçirdiyi ərazidən ötərkən onlara “Boz qurd” işarəsi göstərib. Bu da yerli ermənilərin qəzəbinə səbəb olub.

Qeyd edək ki, Çavuşoğlu Montevideoya səfəri çərçivəsində Türkiyənin səfirliyinin açılışında iştirak edib və bir sıra görüşlər keçirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin