BMT baş katibi Rusiya səfərindən öncə Türkiyəyə gələcək

BMT-nin baş katibi Antonio Quterreş Rusiya səfərindən əvvəl Türkiyəyə gələcək.

Haqlı.az xəbər verir ki, Quterreşin Ankara səfəri aprelin 25-də baş tutacaq.

Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.

Bundan əvvəl Antonio Quterreşin aprelin 26-da Rusiyaya, aprelin 28-də isə Ukraynaya səfər edəcəyi, orada bu ölkələrin liderləri ilə görüşəcəyi bildirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin