Avstriyanın XİN rəhbəri Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxıb

“Ukraynaya yaxın gələcəkdə Avropa İttifaqına üzvlük təklif edilməməlidir”.

Haqlı.az xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq deyib.

Xüsusilə, nazir hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin gözlədiyi kimi, iyun ayında namizəd statusu almamalıdır.

O, fikrini onunla izah edib ki, Qərbi Balkan dövlətləri var ki, onlar namizədlik üçün uzun yol qət ediblər.

“Ukrayna, prinsipcə, gələcəkdə Aİ-nin tamhüquqlu üzvü olmamalıdır”, – nazir bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin