Psaki: “Baydenin Ukraynaya səfər planı yoxdur”

ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfəri planlaşdırılmır.

Haqlı.az-ın xəbərinə görə, bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.

“Heç nə dəyişməyib. Prezident Ukraynaya getməyi planlaşdırmır” – deyə Psaki qeyd edib.

Ağ Evin sözçüsü bildirib ki, ABŞ Rusiyanın xəbərdarlığına rəğmən Ukraynaya kömək göstərməyə davam edir. Artıq Ukraynaya 4 təyyarə silah göndərilib. Bu gün isə daha biri yola salınacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin