Pentaqon: Avropada təhlükəsizlik sahəsində vəziyyət dəyişib

ABŞ hesab edir ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları Avropada təhlükəsizlik sahəsində vəziyyəti dəyişib.

Haqlı.az-ın xəbərinə görə, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.

“Biz hesab edirik ki, cənab Putinin qonşu dövlətə hücum niyyətinə görə Avropada təhlükəsizlik sahəsində vəziyyət dəyişib və dəyişəcək. Biz Ukraynaya köməyimizi davam etdiririk ki, ölkə özünü müdafiə edə bilsin” – deyə Kirbi qeyd edib.

Pentaqon sözçüsü bildirib ki, məsələ ilə bağlı yaxın vaxtlarda müttəfiqlərlə məsləhətləşmələr aparılacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin