Azərbaycan və Koreya iqtisadi sahələrdə birgə tədqiqatlar aparacaq

Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqaz regionunun beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması və bu sahədə Koreyanın beyin mərkəzləri ilə birgə tədqiqatların aparılması hər iki ölkənin maraqlarına xidmət edəcək.

Haqlı.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı Koreya Respublikasının Azərbaycandakı səfiri Lee Eun Yongla görüşü zamanı deyib.

O, eyni zamanda Azərbaycan və Koreya arasında ticarət dövriyyəsinin artırılması, ticarət və investisiya sahəsində əməkdaşlığın genişlənməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib.

Bu istiqamətlərdə birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və Koreyanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması barədə razılıq əldə edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin