Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yeni xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

Haqlı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov Gürcüstanın yeni Xarici İşlər nazirini təbrik edib və və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıb və gələcəkdə bu əlaqələrin daha da inkişafına dair əminlik ifafə ediblər.

Bu gün, həmçinin Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov David Zalkalianinin Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə iki ölkənin yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlığının daha da möhkəmləndirilməsi və beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi naminə birgə səyləri məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib.

Nazir David Zalkalianiyə yeni, Gürcüstanın ABŞ-dakı səfiri vəzifəsində uğurlar arzulayıb.

Gürcüstanın yeni Xarici İşlər nazirini təbrik edib və və ona yeni vəzifəsində uğurlar arzulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin