Peskov: “Türkiyə həmişə öz fikrini sərbəst ifadə edə bilib”

Türkiyə ilə münasibətlərdə fikir ayrılıqları olsa da, qarşılıqlı faydalı əməkdaşlıq üstünlük təşkil edir.

Haqlı.az-ın xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus Televiziyasına müsahibəsi zamanı deyib.

“Türkiyə ilə bizim gözəl münasibətlərimiz mövcuddur. Bu münasibətlər fikir ayrılığından xali olmasa da, qarşılıqlı faydalı əməkdaşlıq hər zaman üstün gəlir”, – deyə Peskov bildirib.

Kreml sözçüsü bildirib ki, Türkiyə həmişə öz fikrini sərbəst ifadə edə bilib.

“Türkiyə uzun müddətdir NATO üzvüdür. Bununla belə, Ərdoğanın vaxtında digər NATO ölkələrindən daha suveren oldu. Bu ölkə Moskva ilə körpüləri yandırmayacağını və Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını Brüsselə açıq şəkildə bildirdi” – deyə Peskov vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin