Ərdoğan Avstriya və Niderland liderləri ilə Ukraynanı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya Prezidenti Aleksandr Van der Bellen və Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.

Haqlı.az-ın xəbərinə görə, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyası yayıb.

Qeyd olunub ki, həmkarları ilə danışıq zamanı Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayıb.

Həmçinin Ərdoğan tərəflər arasında tez bir zamanda atəşkəsə nail olmaq üçün Türkiyə dövlətinin səyləri davam etdirəcəyini bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin