NATO Baş katibi: “Belarus Rusiyanın hücumuna imkan yaratdı”

“Rusiya müharibəni dərhal dayandırmalı, Ukrayna torpaqlarından çıxmalı və xoş niyyətlə danışıqlarda iştirak etməlidir. Bütün dünya Ukraynanın yanında dayanıb”.

Haqlı.az-ın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq Polşada Prezident Andjey Duda ilə birgə mətbuat konfransında deyib.

“Rusiya Prezidenti Vladimir Putin Avropada sülhü pozdu və bu prosesdə Belarus Rusiyanın işğal hücumuna imkan yaratdı. Putinin müharibəsi hamıya təsir edir”, – o bildirib.

NATO Baş katibi qeyd edib ki, hərbi blokun müttəfiqləri Ukraynaya dəstək verir.

NATO müttəfiqlərinin təhlükəsizliyinə toxunan Stoltenberq vurğulayıb ki, bu gün ilk dəfə Fransanın liderlik etdiyi NATO qüvvələri alyansın cənub qanadına – Rumıniyaya gəlib.

“Biz NATO-nun hər bir qarışını müdafiə edəcəyik, qoruyacağıq”, – o əlavə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin