Nazir: “Xocalı cinayətini törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyib”

“30 il əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı ən ağır cinayətlərdən biri – Xocalı soyqırımı baş verib. Bir gecədə 613 mülki şəxs qəddarlıqla qətlə yetirilib. Bunun yeganə səbəbi onların azərbaycanlı olması idi”.

Haqlı.az-ın xəbərinə görə, bunu bu gün Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, bu, Ermənistan tərəfindən aparılan irqçi siyasətin bariz nümunəsi idi. Cinayətin araşdırılması zamanı bunun soyqırımı olduğu tam sübuta yetirilib: “Avropa Məhkəməsi bu əməli insanlığa qarşı cinayətə bərabər tutaraq, çox ağır nəticələrə səbəb olmuş bir hadisə kimi səciyyələndirib. Təəssüf ki, bu günə qədər Xocalı cinayətini törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyib”.

XİN başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsində də Ermənistan tərəfindən cəbhə xəttindən kənarda olan Azərbaycanın şəhərləri atəşə tutuldu: “Nəticədə 500-dən çox mülki insan həlak oldu, yaralandı. Bunun da səbəbi Xocalı soyqırımını törədənlərin cəzasız qalması idi”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin