Azərbaycan XİN Səudiyyə Ərəbistanında zavoda edilən hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanında neft emalı zavoduna edilən hücumu pisləyib.

Haqlı.az-ın xəbərinə görə, XİN bu barədə “Twitter”də bildirib:

 

“Bu günlərdə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş apatatı vasitəsilə edilən hücumu pisləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə bu ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdiyi tədbirlərdə həmrəy olduğunu bildirir” – Azərbaycan XİN-in açıqlamasında qeyd edilib

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin