Azərbaycan XİN başçısı: “Ermənistan əldə olunmuş razılaşmaları pozur”

52

“Məqsədimiz məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün şərait yaratmaqdır. İndi orada heç nə yoxdur, hər şey məhv edilib. Bu ərazilərin sözün əsl mənasında minalarla “zəhərlənmiş” olması hər şeyi qəlizləşdirir”.

Haqli.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Litvalı həmkarı Qabrielius Landsbergis ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və bununla da əldə olunmuş razılaşmaları pozur.

“Litvalı həmkarıma keçən ilin noyabrın 10-dan bəri 22 nəfərin mina partlaması nəticəsində öldüyü barədə məlumat verdim. Dünya ictimaiyyəti də buna diqqət yetirməlidir”, – C.Bayramov vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin