Ərdoğan Baydenə Qarabağla CAVAB VERDİ: “Türk millətinə soyqırımı damğası vura BİLMƏZSİNİZ”

28

“30 il əvvəl işğal olunmuş Qarabağ və Azərbaycan şəhərlərində edilənlər göz önündədir”.

KAİM.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra keçirilən mətbuat konfransı zamanı bildirib.

“Hörmətli Bayden, Minsk Qrupu deyilən bir üçlük quruldu. 30 il ərzində bu işğala son qoymadınız. Təəssüf ki, oradakı insanlar, bir milyondan çox azərbaycanlı qardaşlarımız doğma yurdlarından köç etmək məcburiyyətində qaldılar. Bütün o yerlər, o Qarabağ, bütün binalar, hər şey təəssüf ki, yandırıldı, məhv edildi.

Soyqırımı deyirsinizsə, güzgüyə baxmalı və özünüzü qiymətləndirməlisiniz. Hinduları deməyimə ehtiyac yoxdur. Bütün bunlar ortada ikən ayağa qalxaraq Türkiyəyə və türk millətinə soyqırımı damğası vura bilməzsiniz.

Baxın, burada on minlərlə dinc sakin qırılarkən, 1.5 milyon azərbaycanlı qardaşımız evlərini tərk etmək məcburiyyətində qaldı”, – deyə Ərdoğan bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin